Bayraqlar sırasında bayrağımız dalğalanırsa

10.09.89-cu il

«... O gecə, «qərənfil yağışı yağan keçə» - Qanlı Yanvar keçəsi Yada düşdü nənəmin söylədiyi «sehrsiz» Məlikməmməd nağıllı. Məlikməmməd qeyrətli oğullar minillik «alma ağacını» divlərdən (şimal ayılarından) qorumaq üçün gözlərindən yuxularını qovub barmaqlarını yarıb arasına duz basmışdılar. Bədheybət «divlərin» ağızlarından çıxan alov isə sinələrimizi, kürəklərimizi qarsırdı. Qanımıza yerikləyən «divlər» «samastroyka» evlərin əyri-üyrü, dar küçələrində bizi addımbaaddım güdəndə, yarıb arasına duz basdığımız barmağımızın ağrısı bir yana, «almalar»ı bada verməyimiz içimizi göynədirdi. On beş nəfər sığınmışdıq «samastroyka» evin darısqal həyətinə. Ev yiyəsinin gətirdiyi bir stəkan çayın istisinə qazına-qızına divlərin öz yuvalarına dönmələrini gözləYirdik...».

20 YANVAR «QIZIL» ORDUNUN XİLASKARLIQ MİFİNİ DAĞITDI

Diqqət edilsə, 20 Yanvar keçəsini nağılların həyatla üst-üstə düşdüyü bir məqam adlandırmaq olar. Doğrudan da 88-ci ilin 18 günlük mitinqlərindən sonra ilk dəfə idi ki, adamlar birləşə bilmişdilər. Təbii ki, onları doğma Bakını rus ordusundan qorumaq hissi, şəhərin yenidən işğal edilmək təhlükəsi birləşdirmişdi. Prezident Aparatının qarşısındakı meydan dolub-boşalır, şəhərin giriş və çıxış qapıları, ümumiyyətlə, rus qoşunlarının keçə biləcəyi əksər yollar maşın və texnikalarla, iri beton və metal hissələrlə tutulur, bir sıra yerlərdə barrikadalar qurulurdu. Lakin həqiqət naminə demək lazımdır ki. şəhərin müdafiəsinə toplaşanların doxsan faizinin əlində daşdan-dəmirdən başqa heç nə yox idi. Əslində heç kəs qarşıdan gələn faciənin baş verəcəyinə inanmırdı. Çünki hələlik o vaxt «qızıl» ordunun xilaskarlıq mifi dağılmamışdı, ürəklərdən inam qırılmamışdı.

Təxminən keçə saat on iki radələrində «qızıl» ordunun «qızıl» güllələri şəhərin küçələrində silahsız adamların başları üzərindən vıyıldamağa başladı. Tanklar, BMP və BTR-lər, onların ardınca isə amansız «pexota» hücuma keçdi. Salyan kazarmasının ətrafında, metronun indiki «20 Yanvar» stansiyasının yanında, avtovağzal tərəfdə, metronun «Gənçlik» stansiyası yaxınlığında, keçmiş Çapayev küçəsində... qadına, qocaya, uşağa rəhm edilmədi. Yüzlərlə adam qətlə yetirildi, hətta təcili tibb yardımı maşınları yaralılara yardım göstərməyə cəhd edən həkim və şəfqət bacıları atəşə tutuldular, Elə həmin keçə yüzlərlə adam SSRİ-nin müxtəlif zindanlarına salındı.

ADAMLARI KÜÇƏLƏRƏ AZADLIQ TƏŞNƏSİ ÇIXARMIŞDI

Bu faciə düz altı il öncə baş verdi. Və uzun müddət belə anlaşıldı ki, Moskva imperiyanı qoruyub saxlamaq məqsədi ilə Bakıya qoşun yeridib. Lakin həmin faciədən sonrakı və bu gün cərəyan edən hadisələri diqqətlə izləsək görərik ki, 20 Yanvar faciəsi - rus qoşunlarının Bakıya yeridilməsi imperiyanı qoruyub saxlamağa deyil, onu dağıtmağa xidmət edirmiş. Təsadüfi deyil ki, faciədən il yarım sonra Moskvada çevriliş baş verdi və imperiya hakimiyyəti süquta uğradı.

Təəssüf ki, 20 Yanvar ərəfəsində xalqın nümayiş etdirdiyi birlik də tez dağıldı. Faciədən çəmi 40 gün sonra uşaqdan böyüyə hamı günahkar axtarmağa başladı. Kimlərisə camaatı küçəyə çıxarmaqda, o dövrkü hakimiyyəti isə rus qoşunlarını Bakıya çağırmaqda günahlandırdılar. Əlbəttə, o dövrkü iqtidarın hadisələrin müəyyən təhlükəli istiqamətə yönəlməsində fəaliyyətlərini inkar etmək mümkün deyil. Və elə həmin hakimiyyətdəkilər tərəfindən elə vəziyyət yaradılmışdı ki, mərdlər namərdlərin, qoçaqlar qorxaqların pəncəsində əzilirdi, faciəni törədənlər göz qabağında ola-ola görməzliyə vurulurdu, hətta şəhidlər quldur, terrorçu adlandırılırdı. Əlimiz siyasət pərdəsi arxasında iş görənlərə yetməyəndə özümüz özümüzü qınamağa, söyməyə başladıq. Unutduq ki, adamları evlərindən küçələrə içlərində boğub saxlaya bilmədikləri azadlıq təşnəsi çıxarıb. Və bu gün müqəddəs Şəhidlər xiyabanında uyuyan oğullar Vətəni, torpağı qorumaq üçün dəmin gecə öz sinələrini düşmən güllələrinə mərdliklə hədəf ediblər. Ülvi Bünyadzadə kimi hələ həyatın istisində-soyuğunda bərkiməmiş oğullarımız şəhidliyi üstün tutdular. Buna inanmaq üçün Ülvinin şəhidliyə qovuşmamışdan bir az əvvəl öz vicdanı qarşısında içdiyi andını xatırlamaq kifayətdir:

AND

«Mən Bünyadzadə Ülvi Yusif oğlu həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam. Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğurulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam. Öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanıma layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı mənliyimi təsdiq edəcəyəm. Əkər vədimə xilaf çıxsam qoy anamın südü, elimin çörəyi mənə haram olsun. Vətən üzü görməyim».

 

Bünyadzadə ÜLVİ