-
Faciənin analitik təhlili
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Bu cür cinayətlərin təhqiqi, onların səbəblərinin, nəticələrinin üzə çıxarılması, təşkilatçılarının adlarının aşkarlanmaması məsələsində vaxt amili yoxdur və bunlar vəhşilik, soyqırımı əməllərinin təkrarlanmaması üçün xəbərdarlıq olmalıdır.
Məlumdur ki, tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın ... -
20 Yanvar Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biridir
20 Yanvar Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu cinayətə normal hüquqi-siyasi qiymətin verilməsi 94-cü ilə qədər yubadıldı. Əvvəla, 20 Yanvar faciəsini törədənlər məsələyə qiymət verilməsinin qarşısını cidd-cəhdlə almaqla Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətdə özlərinin əli olduğunu sübuta yetirdilər. İkincisi, 20 Yanvardan dərhal sonra hakimiyyətə gəlmiş, xalqın faciəsindən tramplin kimi istifadə etmiş adamların özləri də bu cinayətə qiymət verməyə cəhd göstərmədilər. Çünki onlar cinayətin törədilməsində bu və ya başqa şəkildə iştirak ...
-
Bakı şəhidlərlə vidalaşır
O gecə, yanvarın 19-dan 20-nə keçən gecə saat 24 - 01 radələrində laydivar, şəkil oğlanlarımızın Vətən eşqi ilə alışıb yanan sinələri tankların, avtomatların soyuq lülələrinə dirəndi. O gecə - yurdumuzun yenilməz başına özü boyda qara yaylıq bağlayan gecə idi. Anaları, ataları, qardaşları, bacıları ağladan gecəydi o gecə!
O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı.
O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. -
Bayraqlar sırasında bayrağımız dalğalanırsa
«... O gecə, «qərənfil yağışı yağan keçə» - Qanlı Yanvar keçəsi Yada düşdü nənəmin söylədiyi «sehrsiz» Məlikməmməd nağıllı. Məlikməmməd qeyrətli oğullar minillik «alma ağacını» divlərdən (şimal ayılarından) qorumaq üçün gözlərindən yuxularını qovub barmaqlarını yarıb arasına duz basmışdılar. Bədheybət «divlərin» ağızlarından çıxan alov isə sinələrimizi, kürəklərimizi qarsırdı. Qanımıza yerikləyən «divlər» «samastroyka» evlərin əyri-üyrü, dar küçələrində bizi addımbaaddım güdəndə, yarıb arasına duz basdığımız barmağımızın ağrısı bir yana, «almalar»ı bada verməyimiz içimizi göynədirdi.
-
Milli faciənin ibrət dərsləri
Xalqımız ötən XX əsrdə çox fəlakətlərlə üzləşib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ucbatından soydaşlarımız dəfələrlə öz dədə-baba yurdundan didərgin salınıb. Bu azmış kimi, keçən əsrin axırlarında daha bir faciənin qurbanı olduq. 1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan xalqı və millətinin qan yaddaşından heç zaman silinməyəcək.
O illər respublikada gedən azadlıq hərəkatı dağılmaqda olan sovet imperiyasını bərk təşvişə salmışdı. İmperiya buxovlarını qırmağa çalışan, müstəqilliyə can atan Azərbaycan xalqının bu istəyinin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərləri hər cinayətə hazır idilər. -
Şeyxülislam: “Allahın mərhəmətinə bel bağlayıram”
Bəli, mən hansı sözləri işlədirəmsə işlədim, Azərbaycan xalqının bütün kədərini, milyonlarla ürəkdə həmişəlik iz qoymuş intəhasız dərdi ifadə edə bilməyəcəyəm. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklər ağlasığmazdır. Şəhərin küçələri yüzlərlə günahsız adamın, o cümlədən uşaqların, qadınların, qocaların al qanına boyanmışdır. Bu qanlı qırğına. bu dəhşətli cinayətə haqq qazandırmaq heç cür mümkün deyil.
Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan fitnəkar ittihamları bu xalq hiddət və nifrətlə rədd edir. Həmin ittihamlardan biri ... -
Xalq şairi Bəxtiyar Vahabzadə: "Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi"
Heç kəslə məsləhətləşməmişdim. Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi. Oradan evə gəlib "Azadlıq" radiostansiyasına - mirzə Xəzərə zəng edib əhvalatı danışıb, bu hadisəni dünyaya yaymasını xahiş etdim. Sağ olsun, o vaxt Mirzə Xəzər səsimizin dünyaya çatmasında bizə çox kömək etdi.
-
İtkin düşmüşlər?...
Bakı faciəsinin — yanvarın 19-dan 20-nə keçən o məşum gecənin üstündən düz iki həftə adlayıb. Saatları, günləri ölüm və qəm yüklü iki həftə... Xalq özünün günahsız oğul-qızlarını qara torpağa tapşırdı. Güllə yarası almış neçə-neçə insan günü bu gün də həyatla ölüm arasında çarpışır.
-
20 yanvar hadisələrinə xaricdən baxış
Mixail Qorbaçov televiziya ilə müraciətində Bakıda cinayətkar ekstremistlərin baş qaldırdığını demişdir. Onun sözlərinə görə, hökumət məcburiyyət qarşısında güc tətbiq edir, dövlətin aqibəti və vətəndaşları naminə bütün vasitələrə əl atılacaq: "Bəziləri elə hesab edir ki, məsələlər Kaşpirovskinin seanslarındakı kimi həll olunur, amma cəmiyyət belə asanlıqla müalicə edilmir. Millətlərarası münasibətlərdə gərginliyi aradan qaldırmaq üçün bütün vasitələrə əl atılacaq".