“Xalq qəzeti”.
7 yanvar.2000 – - N 4. - S. 1-2.
Müsahibimiz Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur
- Əli müəllim, 20 Yanvar Azərbaycan xalqının bu əsrdə düçar edildiyi ən ağır faciələrdən biridir. Ancaq buna baxmayaraq, uzun müddət siyasi qiymətini almadı...
- 20 Yanvar Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu cinayətə normal hüquqi-siyasi qiymətin verilməsi 94-cü ilə qədər yubadıldı. Əvvəla, 20 Yanvar faciəsini törədənlər məsələyə qiymət verilməsinin qarşısını cidd-cəhdlə almaqla Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətdə özlərinin əli olduğunu sübuta yetirdilər. İkincisi, 20 Yanvardan dərhal sonra hakimiyyətə gəlmiş, xalqın faciəsindən tramplin kimi istifadə etmiş adamların özləri də bu cinayətə qiymət verməyə cəhd göstərmədilər. Çünki onlar cinayətin törədilməsində bu və ya başqa şəkildə iştirak etmişdilər.
Nəhayət, Azərbaycanın taleyüklü məsələlərinin, qlobal problemlərinin həllində daim əzmkarlıq və prinsipiallıq nümayiş etdirən cənab Prezident Heydər Əliyevin dövründə bu məsələ də öz həllini tapdı və 20 Yanvar faciəsi törədildikdən 4 il sonra əz hüquqi-siyasi qiymətini aldı. Möhtərəm Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn kimi bu məsələni qaldırdı, Milli Məclisdə məsələ ilə bağlı xüsusi komissiya yaradıldı, 1994-cü ilin mart ayında MM-in xüsusi sessiyasında 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Qeyd edildi ki, bu hadisə birmənalı olaraq, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət, Azərbaycan xalqının müstəqillik əzmini, iradəsini qırmaq, Azərbaycanın müstəqilliyə gedən yolunu kəsmək məqsədi ilə həyata keçirilmiş bir aksiya, insanlığa qarşı çevrilmiş bir aksiya idi. Bu aksiyanın günahkarlarının əməllərinə hüquqi-siyasi qiymət verilsə də, özləri indi qaçıb Moskvada, bu hadisəni bilavasitə törədənlərin yanında gizləniblər və məqam axtarırlar ki, Azərbaycanın bugünkü müstəqilliyinə, bugünkü inkişafına mane olsunlar, ya da onun mexanizmini əz əllərinə keçirsinlər. Lakin Azərbaycan xalqı müdrik xalqdır - öz xilaskarlarını da, cinayətkarlarını da yaxşı tanıyır.
- 20 Yanvar faciəsi də bütün hadisələr kimi ancaq nəticədir. Təbii ki, onun səbəbləri, dərsləri də var...
- 20 Yanvara gətirən hadisələr bunlardır: ermənilər tərəfindən süni olaraq yaradılan Dağlıq Qarabağ problemi, Azərbaycanın mənafeyinin Moskvada qulaqardına vurulması, Azərbaycana qarşı birtərəfli siyasətin yeridilməsi, respublikanın o vaxtkı rəhbərliyinin DQ problemi ilə əlaqədar əməli bir iş görməməsi, xalqın haqlı tələblərini həyata keçirə bilməməsi və yaxud keçirmək istəməməsi. Bu səbəblərdən də xalq mübarizəyə qalxdı, meydanlara axışdı. Yeni meydana çıxmış Meydan "qəhrəmanları" da xalqı düzgün istiqamətə yönəldə bilmədilər. Əlbəttə, 20 Yanvar olmaya da bilərdi, əgər xalqın kükrəyən qəzəbini, etirazını düzgün istiqamətə yönəltmək olsaydı. Təəssüf ki, o zaman vəziyyəti kəskinləşdirməyə çalışan Moskvanın təhlükəsizlik qüvvələri Meydan hadisələrinə rəhbərlik edənlərin sırasına əz adamlarını salmaqla bir çox təxribatlar törətdilər və 20 Yanvara gətirib çıxardılar. 20 Yanvarın əsas günahkarlarının adları MM-in məlum sessiyasında açıqlandı və hüquqi-siyasi qiymətini aldı.
20 Yanvarın dərslərinə gəldikdə isə, Azərbaycan xalqının gələcək taleyində bu dərslərin nəzərə alınması, yaddaşlarda qalması mühüm əhəmiyyət kəsb edir. Çünki tarix bu cür dərslərdən ibrət götürməyən millətləri ikinci dəfə cəzalandırır.
Ona görə də, 1993-cü ildən etibarən hər il bu məsələyə qayıdırıq, insanların yaddaşını təzələyirik. Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin bütün nüanslarını açırıq, nəinki respublika ictimaiyyətinə, beynəlxalq aləmə də çatdırırıq. Bəyan edirik ki, o zaman Moskvada və Azərbaycanda rəhbərlik edənlər insanlara yad olan, bəşəriyyətə yad olan ağır bir cinayət törətmişlər. Bu cinayət o vaxt cəzasız qalsa da, gələcəkdə belə cinayətlərin qarşısını almaq üçün beynəlxalq aləm əz səsini qaldırmalıdır. Azərbaycan xalqı bu hadisədə əzilsə də, övladları təcavüzə məruz qalsa da sınmadı. Biz bununla bütün dünyaya göstərmək istəyirik ki, Azərbaycan xalqının müstəqillik əzmi, iradəsi, qətiyyəti möhkəmdir, dönməzdir, əbədidir. Bunu heç bir tankla, silahla məhv etmək olmaz. Azərbaycan xalqı yalın əllə tankların qarşısına çıxa bilən bir xalqdır. Bu xalq öz müstəqilliyini qorumağa, müdafiə etməyə, yaşatmağa qadir xalqdır, deməli, yaşamağa layiq xalqdır.
Eyni zamanda 20 Yanvardan keçən 10 ildə cəmiyyətimizdə inkişaf gedir, gənc nəsil yetişir. Bu nəsil də bilməlidir ki, onların ata-babalarının müstəqillik əzmini, ruhunu tank gücünə, silah gücünə sındıra bilməyiblər. Bu həm də bizim üçün qəhrəmanlıq salnaməsidir. Biz bu cür qəhrəmanlıq nümunələrindən istifadə edərək gənc nəsli tərbiyə etməliyik.
- Bütün bunları həyata keçirmək üçün də cənab Prezidentin fərmanı ilə xüsusi Dövlət Komissiyası yaradılıb. Siz də bu komissiyanın üzvüsünüz...
- Biz 20 Yanvar faciəsi ilə bağlı hər il ölkədə mühüm dövlət tədbirləri, ictimai tədbirlər həyata keçiririk. Əvvəllər də bu cür komissiyalar mövcud olub. Bu cür komissiyaların yaradılması 20 Yanvarın səbəblərini, dərslərini unutmağa qoymamaq, bunları yaddaşlarda saxlayıb tarixdən ibrət dərsi götürmək məqsədi daşıyırdı.
Bu il Qara Yanvarın 10 illiyi tamam olur. Ölkə başçısı, cənab Prezident Heydər Əliyev bu məsələ ilə əlaqədar xüsusi fərman imzalayıb, 20 Yanvar faciəsinin 10-cu ildönümünün keçirilməsi üzrə Dövlət Komissiyası yaradıb. Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri hörmətli Ramiz Mehdiyev də bu komissiyanın sədri təyin olunub. Prezident fərmanında bu 10 ildə keçdiyimiz yola, 20 Yanvarla əlaqədar görülən tədbirlərə bir növ yekun vurulur, qarşıda duran vəzifələr göstərilir. Gələcəkdə bu hadisənin dövlət həyatında qeyd olunması, beynəlxalq aləmdə bununla əlaqədar aparılan işlərin strateji xətti müəyyənləşdirilir. Yaradılan xüsusi komissiyanın tərkibinə bütün müvafiq idarələrin və müəssisələrin, eyni zamanda ictimai qurumların rəhbərləri daxil olubdur. Bu günlərdə komissiyanın iclası keçirildi. Orada komissiyanın görəcəyi işlər planı təsdiq olundu, bu planın bütün əhatəsi müzakirə olundu. Qarşıda bizi başqa mühüm tədbirlər də közləyir. Bunların içərisində yanvarın 19-da keçiriləcək ümumrespublika tədbiri də var. Bundan başqa rayonlarda, idarə və müəssisələrdə, nazirliklərdə, komitələrdə bu məsələ ilə əlaqədar tədbirlər keçiriləcək, hadisənin qaranlıq tərəfləri açıqla-naçaq. Hüquq mühafizə orqanları da hadisənin bir daha qiymətləndirilməsi, cinayətkarların dəqiqləşdirilməsi, onlarla əlaqədar tədbirlərin görülməsi, görülən tədbirlərin bəyan olunması ilə bağlı tədbirlər keçirməlidirlər. Eyni zamanda mətbuat, elektron informasiya vasitələri Azərbaycan xalqına qarşı törədilən bu ağır cinayətin beynəlxalq aləmə çatdırılmasında mühüm işlər görəcəklər. Bütün bu işlər, biz hesab edirik ki, Azərbaycan dövləti yaşadıqca davam etməlidir.
Qalib ARİF