Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

«20 yanvar faciəsi və rabitəçilər» çapdan çıxmış kitab belə adlanır

Qanlı yanvar faciəsindən 18 il keçməsinə baxmayaraq xalqımız həmin günü şəhidlərin ruhunu ehtiramla yad edir, xatirələrini əziz tutur. Kitab ön sözdən, «Qan yaddaşı», «Leysandan əvvəl çaxan şimşək», «Tarix unutqanlığı bağışlamır», «Şəhidlik zirvəsinə ucalan rabitəçilər», «Ağrılı- acılı xatirələr», «Qəm karvanı» və s. bölmələrdən ibarətdir.

Kitabda şəhid rabitəçilər – Sevda Salayeva, Əliyusif Qocamanov, İsabala Bayramov və Sahib Həsənov barədə xoş xatirələr dərc olunmuş və bir çox rabitəçinin yanıqlı xatirələri öz əksini tapmışdır.