Sükut dəqiqəsi

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilmişdir.

Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzmüşlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!