Bakı, 17 yanvar . Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.
İdarədən bildirmişlər ki, mədəniyyət mərkəzlərində, musiqi məktəblərində, ev-muzeylərində 20 Yanvar faciəsinə həsr olunmuş “Ana qəlbim odlanır söz düşəndə davadan”, “Xalqımızın qan yaddaşı”, “Əbədiləşən tarix”, “Azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi”, “Ağla, qərənfil ağla”, “Torpaq qan istəmirdi, torpağa qan tökdülər”, “Qələbəyə səsləyən şəhid ruhları”, “Yaddaş”, “Qanlı Yanvar”, “Şəhidlər ölmür”, “Qara Yanvar”, “Şəhidlər unudulmur” və digər mövzularda tədbir, “dəyimi masa”, mühazirə, ədəbi-bədii kompozisiya və sərgilər təşkil ediləcəkdir.
Qaradağ Rayon Heydər Əliyev Mərkəzində isə “20 Yanvar- xalqımızın qəhrəmanlıq yaddaşıdır” mövzusunda inşa və rəsm müsabiqəsi keçiriləcəkdir.
|