Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

Rabitəçi şəhidlərimiz

"Xalqımızın o günü heç vaxt unutmayacaqdır. Çünkü, o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır.’’

Heydər Əliyev


 
 
 
Sevda Salayeva
 
Əliyusif Qocamanov
 
İsabala Bayramov
 
Sahib Həsənov

İş yerindən verilmiş xasiyyətnamədən: Sevda Salayeva Bakı Şəhərlərarası Telefon Stansiyasında telefonçu işlədiyi müddətdə mehribanlığı, operativliyi, yüksək mədəni xidməti ilə vətəndaşların dərin hörmətini qazanmışdır.

  İş yerindən verilmiş xasiyyətnamədən: Qocamanov Əliyusif Bilal oğlu işlədiyi müddətdə özünü fədakar işçi kimi tanıtmış, üzərinə düşən işin öhdəsindən yüksək məsuliyyətlə gəlmiş, kollektiv arasında dərin hörmətə malik olmuşdur. Vətəni, millətini yüksək məhhəbətlə sevmişdir.   İş yerindən verilmiş xasiyyətnamədən: İsabala Bayramov işinə vurğunluğu, yüksək məsuliyyəti ilə kollektivin dərin rəğbətini qazanmış, birliyin nümunəvi işçilərindən olmuşdur.   İş yerindən verilmiş xasiyyətnamədən: Sahib Həsənov Mətbuat yayımında işlədiyi müddətdə üzərinə düşən işi ləyaqətlə yerinə yetirmiş, fədakar işçi kimi kollektivin hörmətini qazanmışdır.